Beynəlxalq Bank uşaqların “İnter” klubunun futbolçuları ilə idman yarışını təşkil edib

Beynəlxalq Bank uşaqların “İnter” klubunun futbolçuları ilə idman yarışını təşkil edib Futbolçular balacalara əvvəlcə məşq və təlimlər haqqında məlumat verib
Futbol
30 Dekabr , 2016 15:11
Beynəlxalq Bank uşaqların “İnter” klubunun futbolçuları ilə idman yarışını təşkil edib

Bakı. 30 dekabr. REPORT.AZ/ “Nargis Fund” və “Amapola Exclusive Events” şirkətinin təşkil etdiyi “Soyuq əllər, isti ürək” adlı Yeni İl Xeyriyyə Yarmarkasının sponsorlarından olan Azərbaycan Beynəlxalq Bankı (ABB) yarmarka çərçivəsində uşaq evlərinin sakinlərinə sürpriz edib. 

“Report”un bankın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, “İnter” Peşəkar İdman Klubunun futbolçularının iştirakı ilə onlar üçün futbol məşqləri keçirilib.

Futbolçular balacalara əvvəlcə məşq və təlimlər haqqında məlumat verib, onlara necə məşq etmək lazım olduğunu nümayiş etdiriblər. Sonra uşaqlar arasında oyun keçirilib. Ən fəal iştirakçılara futbol topu və qapıçı əlcəyi hədiyyə edilib. ABB uşaq evlərindən yarmarkaya ziyarətə gəlmiş körpələrə ölkəmizdə yaşayan müxtəlif xalqların nağıllarının toplandığı kitablar da bağışlayıb. Bank yarmarka çərçivəsində bu cür aksiyaları davam etdirəcək.

Hər il ənənəvi qaydada təşkil olunan “Soyuq əllər, isti ürək” adlı Yeni İl Xeyriyyə Yarmarkasının məqsədi sağlamlıq problem olan körpələrin müalicəsinə dəstək verməkdir. Yarmarka müddətində ziyarətçilərə ABB-nin məhsul və xidmətləri, keçirilən kampaniyalar haqqında da ətraflı məlumat verilir, onların sualları cavablandırılır.

Xatırladaq ki, 36 filiala və 40 şöbəyə malik olan ABB-nin məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi