Yuxarı

​"Beşiktaş" klubunun qapıçısı üçün mövsüm başa çatıb

Tolqa Zəngin Fənərbaxça ilə qarşılaşma zamanı zədələnib

Bakı. 24 mart. REPORT.AZ/ Futbol üzrə Türkiyə çempionatının XXV turunda "Fənərbaxça" ilə qarşılaşmada zədələnən "Beşiktaş"ın qapıçısı Tolqa Zənginin vəziyyətinə ayınlıq gəlib. "Report" Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 32 yaşlı əlcək sahibi cari mövsümdə komandasına kömək edə bilməyəcək.

Onun sağ arxa əzələsində 4-cü dərəcəli yırtıq aşkarlanıb.

Qeyd edək ki, Tolqa Zəngin komandasının 0:1 hesabı ilə məğlub olduğu matçın 44-cü dəqiqəsində zədə səbəbindən yerini Günay Güvəncə verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi