​"Beşiktaş" "Fənərbağça"nın futbolçusunu transfer edir

​"Beşiktaş" "Fənərbağça"nın futbolçusunu transfer edir Tərəflər arasında razılıq əldə olunub
Futbol
27 May , 2016 09:57
​Beşiktaş Fənərbağçanın futbolçusunu transfer edir

Bakı. 27 may. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubu yeni transferə hazırlaşır. "Report"un "Fanatik"ə istinadən verdiyi məlumata görə, "ağ-qaralar" "Fənərbağça" ilə müqavilə müddəti başa çatan Gökhan Gönüllə danışıqlar aparır.

Artıq tərəflər arasında razılığın əldə olunduğu bildirilir. Yaxın günlərdə transferin rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Gökhan Gönül 2007-ci ildən "Fənərbağça"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi