​"Beşiktaş" klubu xərçəng xəstəsi olan azərbaycanlı azarkeşə dəstək verib

​"Beşiktaş" klubu xərçəng xəstəsi olan azərbaycanlı azarkeşə dəstək verib Futbolçuların imzaladıqları forma İbrahim Fərhadlıya göndərilib
Futbol
23 Fevral , 2016 12:10
​Beşiktaş klubu xərçəng xəstəsi olan azərbaycanlı azarkeşə dəstək verib

Bakı. 23 fevral. REPORT.AZ/ İstanbul Texniki Universitetində təhsil alan Azərbaycan vətəndaşı İbrahim Fərhadlı üçün yardım kampaniyası başladılıb. "Report"un məlumatına görə, sümük iliyi xərçəngindən əziyyət çəkən İ.Fərhadlıya "Beşiktaş" klubundan da dəstək gəlib.

Azərbaycanlı tələbənin azarkeşi olduğu klubun futbolçuları - Mario Qomeş, Olcay Şahan, Gökhan Töre, Günay Güvenç, Cenk Tosun və Tolqa Zengin 22 yaşlı gəncə dəstək mesajı yayımlayıblar. Üstəlik "Beşiktaş" futbolçuları imzaladıqları formanı İ.Fərhadlıya göndəriblər.

Bakı Dövlət Universitetinin məzunu olan İ.Fərhadlı təhsilini İstanbul Texniki Universitetində ətraf mühit mühəndisliyi üzrə davam etdirir. Burun qanaxması nəticəsində xəstəxanaya aparılan azərbaycanlı gəncə xərçəng diaqnozu qoyulub. Türkiyə vətəndaşı və sosial təminatı olmadığı üçün müalicə özəl klinikada aparılır.

Son xəbərlər

Orphus sistemi