"Beşiktaş" klubu məhbus həyatı yaşamış futbolçunu alır

"Beşiktaş" klubu məhbus həyatı yaşamış futbolçunu alır "Paderborn"da top qovan Süleyman Koç 14 qarşılaşmada 3 dəfə fərqlənməyi bacarıb
Futbol
15 Yanvar , 2015 18:23
Beşiktaş klubu məhbus həyatı yaşamış futbolçunu alır

Bakı. 15 yanvar. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubu Almaniya "Paderborn"unun futbolçusu Süleyman Koçu heyətinə qatmağa hazırlaşır. "Report"un məlumatına görə, tezliklə məsələ ilə bağlı İstanbul təmsilçisinin baş məşqçisi Slaven Biliçlə klub rəhbərliyi arasında görüş olacaq.

25 yaşlı Koç bir müddət məhbus həyatı yaşayıb. 2011-ci ildə oğurluq və adam yaralama səbəbindən 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş yarımmüdafiəçi 1 il sonra sərbəst buraxılıb.

Qeyd edək ki, 2014-cü ilin yanvarından "Paderborn"da top qovan Süleyman Koç 14 qarşılaşmada 3 dəfə fərqlənməyi bacarıb.

Son xəbərlər

Orphus sistemi