Yuxarı

"Beşiktaş" klubu Cenk Tosunun "Everton"a transferinin maliyyə tərəflərini açıqlayıb

"Beşiktaş" klubu Cenk Tosunun "Everton"a transferinin maliyyə tərəflərini açıqlayıb
Everton 1 milyon 157 min 895 avro həmrəyliyə dəstək payı da ödəyəcək

Bakı. 6 yanvar. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubu Cenk Tosunun İngiltərə "Everton"una transferinin maliyyə tərəflərini rəsmən açıqlayıb.

"Report"un məlumatına görə, İstanbul təmsilçisinin rəsmi açıqlamasında Tosunun 22 milyon avroya satıldığı açıqlanıb.

Bundan başqa, "Everton" 1 milyon 157 min 895 avro həmrəyliyə dəstək payı kimi ödəyəcək. İngiltərə klubu Avropa Liqasına vəsiqə qazansa, "Beşiktaş"a 500 min avro çatacaq. Çempionlar Liqasına vəsiqə təqdirində isə bu rəqəm 750 min avro olacaq.

Tosun Premyer Liqada azı 25 oyunda (bu mövsüm 10 matçda olmaqla) meydana start heyətdə çıxsa, Türkiyə klubu daha 500 min avro irəli düşəcək.

Cenk müqavilə müddəti ərzində Premyer Liqada bir mövsümə 15 qol vursa, 500 min avro, 25 qol vursa, 1 milyon avro "Beşiktaş"ın hesabına daxil olacaq.

O, gələcəkdə üçüncü kluba keçsə, həmin klubun "Everton"a ödədiyi transfer haqqı ilə "Everton"un həmin dövrədək "Beşiktaş"a ödədiyi transfer məbləği arasındakı fərqdən əmələ gələn məbləğin 7,5 faizi "qartallar"a çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi