"Beşiktaş" klubu baş məşqçisi ilə müqaviləni uzadıb

"Beşiktaş" klubu baş məşqçisi ilə müqaviləni uzadıb Şenol Günəş daha bir il komandada qalacaq
Futbol
31 May , 2017 12:35
Beşiktaş klubu baş məşqçisi ilə müqaviləni uzadıb

Bakı. 31 may REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubu baş məşqçi Şenol Günəşlə müqavilə müddətini yeniləyib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 65 yaşlı mütəxəssislə anlaşmada nəzərdə tutulan daha bir il uzadıla bilməsi şərti qüvvəyə minib.

Beləliklə, "qara qartallar" 2017-2018 mövsümünə də hazırkı baş məşqçi ilə davam edəcək.

Qeyd edək ki, Şenol Güneş "Beşiktaş"la 2015-ci il iyunun 11-də 2+1 illik müqavilə bağlayıb. Onun rəhbərliyi altında İstanbul təmsilçisi ardıcıl iki mövsüm çempion olub.  

Son xəbərlər

Orphus sistemi