​"Beşiktaş" klubu "Barselona"nın futbolçusunu transfer edib

​"Beşiktaş" klubu "Barselona"nın futbolçusunu transfer edib Futbolçu ilə 3 illik müqavilə imzalanıb
Futbol
8 Avqust , 2016 17:06
​Beşiktaş klubu Barselonanın futbolçusunu transfer edib

Bakı. 8 avqust. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sında çıxış edən Adriano Korreyanı transfer edib. 

"Report"un məlumatına görə, klub prezidenti Fikret Ormanın iştirak etdiyi mərasimdə rəsmi müqavilə imzalanıb.

Tərəflər 3 illik müqaviləyə qol çəkiblər. Mərasimdə çıxış edən F.Orman 31 yaşlı futbolçudan əlavə daha 2-3 transferin reallaşacağını bildirib.

Qeyd edək ki, Adriano karyerası ərzində Braziliyanın "Koritiba" və İspaniyanın "Sevilya" klublarında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi