"Beşiktaş" klubu Avropa Liqasındakı oyuna baş məşqçisiz gedib

"Beşiktaş" klubu Avropa Liqasındakı oyuna baş məşqçisiz gedib Türkiyənin Beşiktaş klubu Avropa Liqasının qrup mərhələsinin IV turunda Braqa ilə matç üçün Portuqaliyaya baş məşqçisiz gedib.
Futbol
6 Noyabr , 2019 20:36
Beşiktaş klubu Avropa Liqasındakı oyuna baş məşqçisiz gedib

Türkiyənin "Beşiktaş" klubu Avropa Liqasının qrup mərhələsinin IV turunda "Braqa" ilə matç üçün Portuqaliyaya baş məşqçisiz gedib.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, buna İstanbul təmsilçisinin baş məşqçisi Abdullah Avcının ağır qrip xəstəliyinə yoluxması səbəb olub.

56 yaşlı mütəxəssisin durumu yaxşı olacağı halda, oyun günü Portuqaliyaya gedə biləcək.

Qeyd edək ki, noyabrın 7-də keçiriləcək "Braqa" - "Beşiktaş" matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi