Yuxarı
    Bağlamaq

    "Beşiktaş" Avropa Liqasında 1/8 finala yüksəlib - VİDEO

    Qara qartallar İsrailin Hapoel komandasını mübarizədən kənarlaşdırıb

    Bakı. 23 fevral. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubu futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

    "Report"un məlumatına görə, "qara qartallar" 1/16 finalda İsrailin "Hapoel" (Beer-Şeva) komandasını mübarizədən kənarlaşdırıb.

    İlk görüşdəki 3:1 hesablı səfər qələbəsindən sonra Şenol Günəşin baş məşqçi olduğu komanda İstanbulda "Wodafone Arena"dakı cavab görüşündən də qalib ayrılıb - 2:1. "Beşiktaş"dan 17-ci dəqiqədə Vinsent Abubakar, 87-ci dəqiqədə Cenk Tosun fərqlənibsə, "Hapoel"dən 64-cü dəqiqədə Antoni Nvakaeme fərqlənib.

    Növbəti mərhələnin püşkatma mərasimi fevralın 24-də keçiriləcək.

    Qeyd edək ki, "Beşiktaş" Türkiyə təmsilçiləri arasındakı avrokuboklarda mübarizəni davam etdirən yeganə komanda olub. Bu ölkənin 1/16 final mərhələsindəki digər təmsilçiləri "Fənərbağça" və "Osmanlıspor" mübarizəni dayandırıblar. "Fənər" Rusiya "Krasnodar"ına iki oyununun nəticəsində yenilib - 0:1, 1:1. Ankara komandası isə Yunanıstan "Olimpiakos"u ilə bacarmayıb - 0:0, 0:3.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi