"Beşiktaş" klubu Almaniya yığmasının futbolçusunu icarəyə götürüb

"Beşiktaş" klubu Almaniya yığmasının futbolçusunu icarəyə götürüb Mario Qomesə bir ilə 3,5 milyon avro ödəniləcək
Futbol
30 İyul , 2015 14:54
Beşiktaş klubu Almaniya yığmasının futbolçusunu icarəyə götürüb

Bakı. 30 iyul. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubu İtaliya "Fiorentina"sı və Almaniya milli komandasının futbolçusu Mario Qomesi icarəyə götürüb. "Report"un İstanbul təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı hücumçu "qara qartallar"ın heyətində sonradan tam alına bilməsi şərti ilə çıxış edəcək.

Florensiyada aparılmış danışıqlar nəticəsində Qomesin icarə və əmək haqqına dair razılıq əldə olunub. Bir il ərzində təcrübəli oyunçunun qazancı 3,5 milyon avro təşkil edəcək. Rəsmi təqdimat mərasimindən sonra o, hazırda Avstriyanın Qrats şəhərində olan yeni komandasının təlim-məşq toplanışına qoşulacaq.

Qeyd edək ki, Mario Qomes ötən mövsüm "Fiorentina"nın heyətində 32 oyuna 10 qol vurub. O, Almaniya millisində isə 60 qarşılaşmada 25 dəfə fərqlənib. 

Son xəbərlər

Orphus sistemi