"Beşiktaş"ın iki futbolçusu mövsümü başa vurub

"Beşiktaş"ın iki futbolçusu mövsümü başa vurub Bakı. 30 aprel. REPORT.AZ/ Türkiyənin Beşiktaş klubunun iki futbolçusu zədə səbəbindən mövsümün sonuna qədər oynaya bilməyəcək.
Futbol
30 Aprel , 2018 19:14
Beşiktaşın iki futbolçusu mövsümü başa vurub

Bakı. 30 aprel. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubunun iki futbolçusu zədə səbəbindən mövsümün sonuna qədər oynaya bilməyəcək.

"Report"un məlumatına görə, İstanbul təmsilçisinin aparıcı futbolçularından hesab olunan Pepe və Alvaro Neqredo mövsümün digər matçlarında komandaya kömək edə bilməyəcək. 

Hər iki futbolçu Türkiyə Superliqasının XXXI turunda səfərdə keçirilən "Qalatasaray"la görüşdə xəsarət alıb. Daha əvvəl komandanın müdafiəçisi Caner Erkinin zədə səbəbindən mövsümü başa vurduğu açıqlanıb.

Qeyd edək ki, "Qalatasaray" - "Beşiktaş" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi