​"Beşiktaş"ın futbolçusu Premyer Liqada çıxış edəcək

​"Beşiktaş"ın futbolçusu Premyer Liqada çıxış edəcək Gökhan Töre 1 illik icarəyə götürülüb
Futbol
7 İyul , 2016 18:46
​Beşiktaşın futbolçusu Premyer Liqada çıxış edəcək

Bakı. 7 iyul. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubu futbolçusu Gökhan Töreni icarəyə verib. "Report"un məlumatına görə, 24 yaşlı futbolçu qarşıdakı mövsümdə İngiltərənin "Vest Hem" klubunda çıxış edəcək.

İngiltərə təmsilçisi "Beşiktaş"a icarə haqqı olaraq 3 mln/ avro ödəyəcək. Futbolçunun tam transfer qiyməti isə 13 mln/ avrodur.

Töre qarşıdakı bir neçə gündə İngiltərəyə gedərək tibbi müayinədən keçəcək.

Qeyd edək ki, G.Törenin "Beşiktaş"la müqavilə müddəti 2019-cu ildə başa çatacaq.

Son xəbərlər

Orphus sistemi