"Beşiktaş"ın Avropa Liqasının 1/4 final mərhələsindəki rəqibi müəyyənləşir

"Beşiktaş"ın Avropa Liqasının 1/4 final mərhələsindəki rəqibi müəyyənləşir Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlanacaq
Futbol
17 Mart , 2017 10:56
Beşiktaşın Avropa Liqasının 1/4 final mərhələsindəki rəqibi müəyyənləşir

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində atılacaq püşk nəticəsində Türkiyənin mübarizəni davam etdirən yeganə təmsilçisi "Beşiktaş"ın da rəqibi müəyyənləşəcək.

Bakı vaxtı ilə saat 16:00-da başlanacaq tədbir zamanı 8 komanda reytinqindən və təmsil etdikləri ölkədən asılı olmayaraq, eyni səbətdən çıxarılacaqlar.

Avropa Liqası

1/4 final mərhələsi

"Anderlext" (Belçika)

"Ayaks" (Hollandiya)

"Beşiktaş" (Türkiyə)

"Genk" (Belçika)

"Lion" (Fransa)

"Mançester Yunayted" (İngiltərə)

"Selta" (İspaniya)

"Şalke" (Almaniya)

Qeyd edək ki, püşk nəticəsində adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər. 1/4 final matçları aprelin 13-də və 20-də olacaq.

Son xəbərlər

Orphus sistemi