"Beşiktaş" İstanbul derbisində "Qalatasaray"ı məğlub edib - VİDEO

"Beşiktaş" İstanbul derbisində "Qalatasaray"ı məğlub edib - VİDEO Oyunda yeganə qolu Adrian Taliska vurub
Futbol
27 Fevral , 2017 23:07
Beşiktaş İstanbul derbisində Qalatasarayı məğlub edib - VİDEO

Bakı. 27 fevral. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasında XXII turun son oyununda "Qalatasaray" və "Beşiktaş" komandaları üz-üzə gəlib.

"Report"un məlumatına görə, İstanbul derbisi qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu Adrian Taliska vurub. Braziliyalı yarımmüdafiəçi 47-ci dəqiqədə fərqlənib.

"Beşiktaş" bu qələbədən sonra 22 oyundan 50 xalla liderliyini möhkəmləndirib. Turnir cədvəlində 3-cü pillədə olan "Qalatasaray"ın 40 xalı var.

Son xəbərlər

Orphus sistemi