"Beşiktaş" "Fiorentina"nın futbolçusunu icarəyə götürüb

"Beşiktaş" "Fiorentina"nın futbolçusunu icarəyə götürüb Türkiyənin Beşiktaş klubu heyətinə yeni futbolçu cəlb edib.
Futbol
17 İyul , 2019 15:39
Beşiktaş Fiorentinanın futbolçusunu icarəyə götürüb

Türkiyənin "Beşiktaş" klubu heyətinə yeni futbolçu cəlb edib.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "Fiorentina" klubunun oyunçusu Vitor Uqonu 350 min avroya 1 illik icarəyə götürüb. 28 yaşlı braziliyalı mərkəz müdafiəçisinin illik maaşı 1,5 milyon avro olacaq.

Qeyd edək ki, sövdələşməyə əsasən, "Beşiktaş" Uqonu 5,5 milyon avroya birdəfəlik transfer edə bilər.

Son xəbərlər

Orphus sistemi