"Beşiktaş" aparıcı futbolçusu ilə müqavilə müddətini uzadıb

"Beşiktaş" aparıcı futbolçusu ilə müqavilə müddətini uzadıb Taliska 5 may 2018-ci ilədək "qara qartallar"ın heyətində çıxış edəcək
Futbol
25 May , 2017 13:59
Beşiktaş aparıcı futbolçusu ilə müqavilə müddətini uzadıb

Bakı. 25 may. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubu futbolçu Anderson Taliska ilə müqavilə müddətini daha bir il uzadıb. "Report"un məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasına bildiriş göndərilib.

Yeni anlaşmaya əsasən, Taliska 5 may 2018-ci ilədək "qara qartallar"ın heyətində çıxış edəcək.

Qeyd edək ki, Anderson Taliska ötən mövsümün əvvəlində Portuqaliya "Benfika"sından 2 il müddətinə icarəyə götürülüb. Taliska bu mövsüm göstərdiyi oyunla "Beşiktaş"ın aparıcı futbolçularından birinə çevrilib.

Son xəbərlər

Orphus sistemi