Berti Foqts Almaniya yığmasının DÇ-2018-dəki çıxışını dəyərləndirib

Berti Foqts Almaniya yığmasının DÇ-2018-dəki çıxışını dəyərləndirib "Bir çox oyunçu ilə yollar ayrılmalıdır"
Futbol
28 İyun , 2018 16:38
Berti Foqts Almaniya yığmasının DÇ-2018-dəki çıxışını dəyərləndirib
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Almaniya yığmasının dünya çempionatındakı çıxışını dəyərləndirib. 

"Report"un "Eurosport"a istinadən verdiyi məlumata görə, 72 yaşlı mütəxəssis Bundestimin qrupda qalmağa layiq komanda olmadığını bildirib.

Onun fikrincə, Almaniya millisi bir neçə oyunçu ilə vidalaşmalıdır: "Milli komanda qrup mərhələsində oynadığı üç matçda da adi oyun səviyyəsini ortaya qoya, əzmkarlıq göstərə bilmədi. Komanda layiqincə çıxış etmədi". 

Foqts deyib ki, Almaniya yığmasının heyətində dəyişikliklər aparılmalı, baş məşqçi Yoahim Lövə və onun köməkçilərinə yenə güvənmək lazımdır: "Güman edirəm ki, Almaniya Futbol İttifaqı bir çox oyunçu ilə yollarını ayırmalıdır. Yığmaya layiq olmayanlar komandada qalmamalıdırlar. Yeni kollektiv qurulmalıdır. Məsuliyyətli insanlar bir-birilərini futbolda yaxşı tanıyırlar. Gənc futbolçulara, Avropa çempionu olan U-21 millisinə daha çox diqqətin göstərilməsini məsləhət görürəm".

Qeyd edək ki, Berti Foqts 2008 - 2014-cü illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi