Berti Foqts yenidən ABŞ yığmasında çalışacaq

Berti Foqts yenidən ABŞ yığmasında çalışacaq Azərbaycan yığmasının sabiq baş məşqçisi texniki məsləhətçi vəzifəsinə təyin olunub
Futbol
27 Mart , 2015 16:00
Berti Foqts yenidən ABŞ yığmasında çalışacaq

Bakı. 27 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun yeni iş yeri müəyyənləşib. 

"Report"un məlumatına görə, 69 yaşlı mütəxəssis ABŞ yığmasında texniki məsləhətçi vəzifəsinə təyin olunub.

O, baş məşqçi Yurgen Klinsmana Avropa klublarında çıxış edən futbolçuları izləməkdə və yeni istedadları tapıb üzə çıxarmaqda yardımçı olacaq. B.Foqts köməkçi-məşqçilər Endi Hersoq və Mattias Hamannla birgə çalışacaq. O, həmçinin texniki inkişaf və məşqçi təhsili üzrə təşəbbüslər irəli sürəcək.

Təyinatı şərh edən Y.Klinsman B.Foqtsla hələ 2014-cü il dünya çempionatı vaxtı fantastik təcrübələrinin olduğunu xatırladıb: "Onun bilik və zəngin təcrübəsi bizim xeyrimizədir. Foqts Endi Hersoqla birgə 23 yaşadək futbolçulardan ibarət yığmamızın 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmasına da yardımçı olacaq. Onun daha önəmli rol oynayacağını düşünürəm".

Qeyd edək ki, Berti Foqts 2008 - 2014-cü illərdə Azərbaycan yığmasının baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi