Bernar Şalland: "Azərbaycan himninin fitə basılması yaxşı hal deyil"

Bernar Şalland: "Azərbaycan himninin fitə basılması yaxşı hal deyil" Priştina. 21 noyabr. REPORT.AZ/ Nəticədən məmnunam. Oyundan əvvəl təzyiq altında necə oynayacağımıza dair suallar var idi. Bu suallara futbolçularım aydınlıq gətirdilər.
Futbol
21 Noyabr , 2018 02:55
Bernar Şalland: Azərbaycan himninin fitə basılması yaxşı hal deyil
Foto: "Report"

Priştina. 21 noyabr. REPORT.AZ/ "Nəticədən məmnunam. Oyundan əvvəl təzyiq altında necə oynayacağımıza dair suallar var idi. Bu suallara futbolçularım aydınlıq gətirdilər".

"Report"un Priştinaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Kosovo yığmasının baş məşqçisi Bernar Şalland evdə Azərbaycanı 4:0 hesabı ilə yendikləri UEFA Millətlər Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib.

- Bu uğuru komandanızdan gözləyirdinizmi?

- Qrupda qalib gəlmək arzum idi. Bu barədə püşkatmadan sonra düşünmüşdüm. Təlim-məşq toplanışı başlayanda yaxşı futbol sərgiləməyin və istəyimizə çatmağın mümkünlüyünü vurğulamışdım. Sonda istəyimizə çatdıq.

- Avropa çempionatına vəsiqə imkanınız olacaqmı?

- Əlbəttə, Avropa çempionatına yüksələcəyimizə inanıram. Bundan 2 oyun aralıdayıq. Makedoniyaya qalib gələcəyimizə inanıram. Pley-offa hazırlaşmaq üçün bir ildən çox vaxtımız var. Seçmə mərhələ Millətlər Liqasına daha yaxşı hazırlaşmağa kömək edəcək. Düşünürəm ki, Millətlər Liqası Avropa çempionatına vəsiqə qazanmaq baxımından seçmə mərhələdən daha asandır.

- Qapıçı Aryanet Muriçi start heyətdə meydana buraxmağınız nə ilə əlaqədar idi?

- Baş məşqçi kimi bəzən seçim etməliyəm. Bu gün risk edərək, ona üstünlük verdim. Məncə, Xosep Qvardiola dünyanın ən yaxşı baş məşqçisidir. Muriç Qvardiolanın komandasında çıxış edir. Samir Uykani də yaxşı qapıçıdır. 3 ən yaxşı qapıçımız var. Hamısına güvənirik.

- Düşünmürsünüz ki, bu, karyeranızda ən böyük uğurdur?

- Növbəti uğurumun daha böyük olacağını düşünürəm. Bu, Avropa çempionatı olacaq.

- Azərbaycan himninin fitə basılması ilə bağlı nə deyə bilərsiniz?

- Mən İsveçrədənəm, siyasətlə məşğul deyiləm. Məncə, bu, yaxşı hal deyil. Azərbaycan yaxşı komandadır. Biz futbol haqda danışmalı və digər məsələlərə diqqət yetirməməliyik. Ola bilər ki, azarkeşlər komandanı daha çox dəstəkləmək istəyirdilər və bu da sonra əndazəni aşdı.

Son xəbərlər

Orphus sistemi