"Benfika" azarkeşləri avtobusdan sonra futbolçuların evinə hücum etdi

"Benfika" azarkeşləri avtobusdan sonra futbolçuların evinə hücum etdi Portuqaliyanın Benfika klubunun azarkeşləri komandanın avtobusuna hücumdan bir neçə saat sonra futbolçuların evlərini hədəf alıblar.
Futbol
5 İyun , 2020 16:38
Benfika azarkeşləri avtobusdan sonra futbolçuların evinə hücum etdi

Portuqaliyanın "Benfika" klubunun azarkeşləri komandanın avtobusuna hücumdan bir neçə saat sonra futbolçuların evlərini hədəf alıblar. 

"Report" "Tribuna Expresso" nəşrinə istinadən xəbər verir ki, fanatlar sprey qutularını oyunçuların evlərinə atıb.  

Xüsusən də Portuqaliya millisinin futbolçusu Pizziyə məxsus mənzilə ciddi ziyan dəyib.  

Qeyd edək ki, azarkeşlərin avtobusa hücumu nəticəsində şüşə qırıntıları yarımmüdafiəçi Yulian Vayql və vinger Andriya Jivkoviçin üzünü zədələyib. Onlar ehtiyat tədbiri kimi xəstəxanaya çatdırılıblar.

Portuqaliya Premyerası iyunun 3-də start götürüb. Hazırda "Benfika" və "Portu" hərəyə 60 xalla liderdir.

Son xəbərlər

Orphus sistemi