"Benfika"nın avtobusuna hücum: İki futbolçu yaralandı - VİDEO

"Benfika"nın avtobusuna hücum: İki futbolçu yaralandı - VİDEO Portuqaliyanın Benfika futbol komandasının avtobusu azarkeşlərin hücumuna məruz qalıb.
Futbol
5 İyun , 2020 09:46
Benfikanın avtobusuna hücum: İki futbolçu yaralandı - VİDEO

Portuqaliyanın "Benfika" futbol komandasının avtobusu azarkeşlərin hücumuna məruz qalıb.

"Report"un "A Bola"ya istinadən verdiyi məlumata görə, hadisə XXV turun "Tondela" ilə ev oyunundan sonra baş verib. Qolsuz heç-heçədən narazı qalan fanatların qarşısını polis konvoyu da ala bilməyib.

Nəticədə şüşə qırıntıları yarımmüdafiəçi Yulian Vayql və vinger Andriya Jivkoviçin üzünü zədələyib. Onlar ehtiyat tədbiri kimi xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, Portuqaliya Primeyrası iyunun 3-də start götürüb. Hazırda "Benfika" və "Portu" hərəyə 60 xalla liderdir.

Son xəbərlər

Orphus sistemi