Azərbaycan Premyer Liqası intizamsızlıq sarıdan Avropada üçüncüdür

Azərbaycan Premyer Liqası intizamsızlıq sarıdan Avropada üçüncüdür Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) dünyanın müxtəlif futbol çempionatlarında göstərilmiş vərəqələrlə bağlı araşdırma aparıb.
Futbol
25 Fevral , 2020 09:46
Azərbaycan Premyer Liqası intizamsızlıq sarıdan Avropada üçüncüdür

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) dünyanın müxtəlif futbol çempionatlarında göstərilmiş vərəqələrlə bağlı araşdırma aparıb.

"Report" xəbər verir ki, araşdırmalar 92 ölkənin yüksək liqasında 2019-cu ili və 2019/2020 mövsümünün 17 fevralınadək olan bölümünü əhatə edib. Bu, həmin ölkələrdə mövsümün hansı müddəti əhatə etməsindən asılı olub. 

Azərbaycan Premyer Liqası vərəqələrin çoxluğuna görə 12-ci sırada qərarlaşıb. Ölkə çempionatında ortalama hər oyuna 5.79 vərəqə düşüb. Vərəqələrdən 5,47-si sarı, 0,32-si isə qırmızıdır. 

Bu göstəricidə Azərbaycan Avropada Ukrayna və İtaliyadan sonra üçüncüdür. 

Siyahının ilk pilləsində 7.01 (6.53 sarı, 0.48 qırmızı) göstərici ilə Boliviya yer alıb. Uruqvay çempionatı 6.61-lə (6.07 sarı, 0.54 qırmızı) ikinci, Quatemala isə 6.44-lə (6.07 sarı, 0,37 qırmızı) üçüncü sıradadır. 

Ukrayna Premyer Liqasında hər oyuna 6.19 vərəqə düşüb. Bunlardan 5.57 sarı, 0.43 qırmızıdır. İtaliya A Seriyasında isə bu rəqəm 5.82-ə (5.51 sarı, 0.37 qırmızı) bərabərdir.  

Son xəbərlər

Orphus sistemi