Belçikalı iş adamı Hafiz Məmmədova 5 milyon avro təklif edib

Belçikalı iş adamı Hafiz Məmmədova 5 milyon avro təklif edib Q.Make səhmlərin 75%-ni almaq niyyətindədir
Futbol
20 Fevral , 2016 12:55
Belçikalı iş adamı Hafiz Məmmədova 5 milyon avro təklif edib

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanlı iş adamı Hafiz Məmmədov sahibi olduğu Fransanın "Lans" klubunu satmaq üzrədir. "Report"un Fransa mətbuatına istinadən verdiyi məlumata görə, təklif belçikalı iş adamı Qreqori Make tərəfindən edilib.

Q.Make səhmlərin 75%-ni əldə etmək üçün 5 milyon avro ödəməyə hazır olduğunu bildirib. Belçikalı iş adamı gələn həftə H.Məmmədovdan rəsmi cavab gözləyəcəyini deyib.

"Lans"ın hazırkı prezidenti Jerve Martel isə məsələylə bağlı ötən həftə H.Məmmədovla görüşüb və ondan klubun səhmlərini satmasını istəyib.

Qeyd edək ki, Hafiz Məmmədov "Bakı" klubunun prezidentidir.

Son xəbərlər

Orphus sistemi