Yuxarı

​Belçika yığmasının kapitanı: “Azərbaycanın nəyə qadir olduğunu ilk oyunda görəcəyik”

“Portuqaliyanın bu qrupun aşkar favoriti olduğunu düşünmürəm

Bakı. 2 may. REPORT.AZ/ “Avropa çempionatında iştirak edəcək hər kəsə uğurlar arzulayıram. Bu yarış bizim üçün yaxşı təcrübə olacaq. Çalışacağıq ki, uğurlu nəticə qazanaq”. Bunu "Report"a açıqlamasında Belçikanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının kapitanı Zinyo Vanhesden deyib.

Vanhesden A qrupunda təşkilatçı Azərbaycanın və ya Şotlandiyanın yox, Portuqaliyanın favorit olması fikri ilə razılaşmayıb: “Portuqaliyanın bu qrupun aşkar favoriti olduğunu düşünmürəm. Bəli, onların çox yaxşı komandaları var. Amma biz də zəif deyilik”.

Vanhesden Azərbaycan yığması haqda da danışıb: “Çempionatdakı hər bir komanda güclüdür. Amma Azərbaycan yığması haqda geniş məlumata sahib deyiləm. Komandanızın nəyə qadir olduğunu ilk oyunda görəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyununu mayın 5-də Portuqaliyaya qarşı keçirəcək. Həmin gün Belçika Şotlandiya ilə üz-üzə gələcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi