Belçika yığmasının dünya çempionatı üçün yekun heyəti bəlli olub

Belçika yığmasının dünya çempionatı üçün yekun heyəti bəlli olub Bakı. 4 iyun. REPORT.AZ/ Futbol üzrə Belçika millisinin 2018-ci il dünya çempionatı üçün yekun heyəti bəlli olub.
Futbol
4 İyun , 2018 14:08
Belçika yığmasının dünya çempionatı üçün yekun heyəti bəlli olub
0 : 00
0 : 00

Bakı. 4 iyun. REPORT.AZ/ Futbol üzrə Belçika millisinin 2018-ci il dünya çempionatı üçün yekun heyəti bəlli olub.

“Report” Belçika Kral Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Roberto Martines mundiala 3 qapıçı, 6 müdafiəçi, 10 yarımmüdafiəçi və 3 hücumçu aparmağa qərar verib.

Qapıçılar: Tibo Kurtua (“Çelsi”, İngiltərə), Kun Kastels ("Volfsburq", Almaniya), Simon Minyole (“Liverpul, İngiltərə)

Müdafiəçilər: Tobi Alderveyreld, Yan Vertongen (hər ikisi “Tottenhem”, İngiltərə), Dedrik Boyata (“Seltik”, Şotlandiya), Vensan Kompani (“Mançester Siti”, İngiltərə), Tomas Myonye (PSJ, Fransa), Tomas Vermaelen (“Barselona”, İspaniya),

Yarımmüdafiəçilər: Yannik Karrasko (“Dalyan İfan”, Çin), Kevin De Bruyne (“Mançester Siti”, İngiltərə), Musa Dembele (“Tottenhem”, İngiltərə), Leander Dendonker (“Anderlext”), Maruan Fellaini (“Mançester Yunayted, İngiltərə), Eden Azar (“Çelsi”, İngiltərə), Torqan Azar (“Borussiya”, Münhenqladbax, Almaniya), Adnan Yanuzay ("Real Sosyedad", İspaniya), Naser Şadli ("Vest Bromviç", İngiltərə), Aksel Vitsel (“Tyantszin Tsyuantszyan”, Çin), Yuri Tilemans (“Monako”, Fransa)

Hücumçular: Romelu Lukaku (“Mançester Yunayted”, İngiltərə), Dris Mertens (“Napoli”, İtaliya), Mişi Batşuayi (“Borussiya”, Dortmund, Almaniya)

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. G qrupunda yer alan Belçika yığması iyunun 18-də Soçidə Panama, iyunun 23-də Moskvada Tunis, iyunun 28-də isə Kaliniqradda İngiltərə millisi ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi