Yuxarı

​Belçika-Portuqaliya yoldaşlıq görüşü təxirə salınıb - YENİLƏNİB

Buna səbəb terror təhlükəsidir

Bakı. 23 mart. REPORT.AZ/ Belçika və Portuqaliya yığmaları arasında keçirilməsi planlaşdırılan yoldaşlıq görüşü təxirə salınıb. "Report"un məlumatına görə, buna səbəb paytaxt Brüsseldə törədilən terror hadisələridir.

Belçika Futbol Federasiyasının rəsmi saytı yoldaşlıq görüşündən əlavə, yığmanın bütün məşqlərinin də təxirə salındığını açıqlayıb.

*** 14:05

Brüsseldə Belçika və Portuqaliya yığmaları arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü təxirə salına bilər. "Report"un məlumatına görə, buna səbəb ölkədəki mövcud terror təhlükəsidir.

Hazırda Belçikanın paytaxtında terror təhlükəsinin ən yüksək səviyyədə olduğu bildirilir. Oyunun martın 29-da keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, martın 22-də Brüsseldə törədilən terror aktı nəticəsində 33 nəfər həlak olub, 250-dən artıq insan yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi