Belaruslu futbolçu: "Mənim üçün rəqibin Azərbaycan və ya Fransa olması vacib deyil"

Belaruslu futbolçu: "Mənim üçün rəqibin Azərbaycan və ya Fransa olması vacib deyil" İvan Mayevski: "Millidə bütün rəqiblərə qarşı oynamaq maraqlıdır"
Futbol
20 Mart , 2018 10:33
Belaruslu futbolçu: Mənim üçün rəqibin Azərbaycan və ya Fransa olması vacib deyil

Bakı. 20 mart. REPORT.AZ/ "Azərbaycan və Sloveniya yığmaları barədə hələlik heç nə bilmirəm. Bir gündür yığışmışıq. Rəqiblər haqda danışmamışıq".

"Report" xəbər verir ki, bunu Belarus millisinin futbolçusu İvan Mayevski "Pressbol"a müsahibəsində deyib. 

Hazırda Qazaxıstan "Astana"sında çıxış edən 30 yaşlı dayaq yarımmüdafiəçisi bildirib ki, millidə bütün rəqiblərə qarşı oynamaq maraqlıdır: "Mənim üçün rəqibin Sloveniya, Azərbaycan, Lüksemburq və ya Fransa olması vacib deyil. Yığmada oynayırsansa, istənilən matç maraqlıdır".

Milliyə yaxşı əhval-ruhiyyədə gəldiyini deyən Mayevski bunu "Astana"nın mövsümə yaxşı başlaması, yazın gəlişi və yığmadakı futbolçularla çoxdandır görüşməməsi ilə əlaqələndirib. O, dünya çempionatının seçmə qrup mərhələsindəki məğlubiyyətlərdən müəyyən nəticələr çıxarmalı olduqlarını da əlavə edib.

Qeyd edək ki, martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Belarus matçı saat 20:00-da başlayacaq. Rəqib komanda Bakıya bu gün gələcək. Bundan 4 gün sonra isə Azərbaycan millisi Türkiyənin Antalya bölgəsində Makedoniya, Belarus isə Lyublyanada Sloveniya ilə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi