​Belaruslu azarkeşlərə pirotexniki vasitələrlə stadiona girməyə icazə verilib

​Belaruslu azarkeşlərə pirotexniki vasitələrlə stadiona girməyə icazə verilib Bu barədə federasiya, klublar, FHN və DİN ortaq qərar qəbul edib
Futbol
18 Mart , 2015 19:39
​Belaruslu azarkeşlərə pirotexniki vasitələrlə stadiona girməyə icazə verilib

Bakı. 18 mart. REPORT.AZ/ Belaruslu futbol azarkeşlərinə stadionda pirotexniki maddələrdən istifadəyə icazə verilib. 

"Report"un məlumatına görə, Belarus Futbol Federasiyası, klublar, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə iclasından sonra belə qərar qəbul edilib.

Lakin azarkeşlər istədikləri pirotexniki vasitələrlə stadiona daxil ola bilməyəcəklər. Tərəflər arasındakı görüş zamanı qəbul olunan qərarda Belarus DİN və FHN-in təqdim etdiyi sertifikata əsasən, kimyəvi maddələrin stadiona buraxılmasına icazə veriləcək.

Pirotexniki maddənin təhlükə zonası 30 metr olarsa (fişəng), bu zaman həmin maddənin yalnız obyekt rəhbərliyinin təyin etdiyi şəxs tərəfindən istifadəsi mümkündür. Təhlükə məsafəsi 5 metrə qədər olan pirotexniki vasitələrlə bütün azarkeşlər stadiona daxil ola bilər.

Bundan başqa, stadionda "Alov şou"su da olacaq. Bunun üçün stadion rəhbərliyi FHN və DİN-lə birgə yer müəyyənləşdirməlidir. Həmin ərazidə yanğınsöndürən qurğuların olması vacibdir. "Alov şou"sunun keçirilməsinə martın son günlərindən başlanılacaq.

Son xəbərlər

Orphus sistemi