Belarusda futbol sektoruna hərbçi rəhbərlik edəcək

Belarusda futbol sektoruna hərbçi rəhbərlik edəcək Belarus Futbol Federasiyaları Assosiasiyasının yeni sədri müəyyənləşib.
Futbol
28 Mart , 2019 14:43
Belarusda futbol sektoruna hərbçi rəhbərlik edəcək

Belarus Futbol Federasiyaları Assosiasiyasının yeni sədri müəyyənləşib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu posta yekdilliklə Vladimir Bazanov seçilib. Belarus parlamentinin 61 yaşlı deputatı bu postda son 8 ildə federasiyaya rəhbərlik edən Sergey Ruması əvəzləyib.

Qeyd edək ki, Rusiyada doğulan Bazanov ixtisasca peşəkar hərbçidir. O, 2010-2012-ci illərdə Brest “Dinamo”suna rəhbərlik etsə də, sonradan deputat fəaliyyəti ilə əlaqədar paytaxt Minskə köçüb.

Son xəbərlər

Orphus sistemi