Belarus klubunun qapıçısı avtomobil qəzasında ailə üzvləri ilə birgə ölüb

Belarus klubunun qapıçısı avtomobil qəzasında ailə üzvləri ilə birgə ölüb Bakı. 18 dekabr. REPORT.AZ/ Belarusun Vitebsk futbol komandasının qapıçısı Andrey Şerbakov həyat yoldaşı və uşağı ilə birgə avtomobil qəzasında ölüb.
Futbol
18 Dekabr , 2018 09:45
Belarus klubunun qapıçısı avtomobil qəzasında ailə üzvləri ilə birgə ölüb

Bakı. 18 dekabr. REPORT.AZ/ Belarusun "Vitebsk" futbol komandasının qapıçısı Andrey Şerbakov həyat yoldaşı və uşağı ilə birgə avtomobil qəzasında ölüb.

"Report"un məlumatına görə, 27 yaşlı qolkiperin avtomobili yolda əks zolağa çıxaraq, evakuatora çırpılıb. Nəticədə futbolçu, həyat yoldaşı və 6 yaşlı oğlu yerindəcə keçinib.

Şerbakovu hadisə vaxtı maşında olan digər övladı sağ qalıb. Hazırda o, xəstəxanadadır.

Qeyd edək ki, Andrey Şerbakov karyerası ərzində BATE və Belarusun U-21 yığmasında da forma geyinib. 

Son xəbərlər

Orphus sistemi