Bəhreyn - Azərbaycan oyununun hakimləri müəyyənləşib

Bəhreyn - Azərbaycan oyununun hakimləri müəyyənləşib Futbol üzrə Bəhreyn və Azərbaycan milli komandaları arasında bu gün keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.
Futbol
9 Oktyabr , 2019 09:56
Bəhreyn - Azərbaycan oyununun hakimləri müəyyənləşib

Futbol üzrə Bəhreyn və Azərbaycan milli komandaları arasında bu gün keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.

“Report” xəbər verir ki, Ər-Rifa şəhərindəki Bəhreyn Milli Stadionunda baş tutacaq matçı omanlı ədalət təmsilçiləri idarə edəcəklər. Qarşılaşmanın referisi Ahmed Abubaker Alkaf olacaq. Abubaker Salem Alamri və Raşed Hamad Alqaithi yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Görüşün dördüncü hakimi isə bəhreynli İssa Abdulla olacaq.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq və CBC Sport telekanalı ilə canlı yayımlanacaq. 

Son xəbərlər

Orphus sistemi