"Rəvan"ın baş məşqçisi: "Bizim "Xəzər Lənkəran" qədər borcumuz yoxdur"

"Rəvan"ın baş məşqçisi: "Bizim "Xəzər Lənkəran" qədər borcumuz yoxdur" Bəhmən Həsənov: "Maaşlar tezliklə veriləcək"
Futbol
19 May , 2016 12:22
Rəvanın baş məşqçisi: Bizim Xəzər Lənkəran qədər borcumuz yoxdur

Bakı. 18 may. REPORT.AZ/ Bakının "Rəvan" klubu 2016/2017 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya tələblərini yerinə yetirəcək. Bu barədə "Report"a komandanın baş məşqçisi Bəhmən Həsənov məlumat verib.

Onun sözlərinə görə, AFFA Lisenziya Komissiyasının  "Rəvan"a yeni mövsümdən elitada iştirak hüququ verməməsi maliyyə ilə bağlıdır və bu məsələ bir neçə günə həll olunacaq: "Bizdə cəmi bir məsələ qalıb ki, bununla da rəhbərlik məşğul olur. Tezliklə bu məsələ həllini tapacaq və Premyer Liqada iştiraka davam edəcəyik. Düzdür, legioner futbolçulara olan borclara görə "Rəvan" sanksiyalara məruz qalıb, xalı silinib. Ancaq bizim borcumuz "Xəzər Lənkəran" qədər çox deyil. Bir daha qeyd etmək istəyirəm ki, bütün məsələlər tezliklə həll olunacaq".

B.Həsənov futbolçuların maaşların verilməməsi səbəbindən məşqə çıxmadıqları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib: "Qarabağ"la oyunun səhərisi məşq etdik. Bir günlük fasilədən sonra dünəndən yenidən məşqlərə başlamışıq. Ancaq havalar isti olduğundan məşqə səhər yox, axşam saatlarında çıxırıq. Maaşların hamısı ödənilib. Sadəcə ödənilməyən aprel ayıdır ki, o da "Xəzər Lənkəran"la oyuna qədər veriləcək. Bu səbəbdən komandanın məşqlərə qatılmaması ilə bağlı yayılan məlumatlar yanlışdır".

Qeyd edək ki, mayın 20-də keçiriləcək "Rəvan" - "Xəzər Lənkəran" matçı saat 17:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi