Yuxarı
    Bağlamaq

    ​BƏƏ Rusiyada oynayan iranlı futbolçuya viza verməyib

    Sərdar Azmun hazırda müstəqil şəkildə məşq edir

    Bakı. 15 yanvar. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) Rusiyanın "Rostov" futbol klubunun hücumçusu 21 yaşlı İran vətəndaşı Sərdar Azmuna əmirliyə getmək üçün viza verməyib.

    "Report" xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yayılıb.

    Məlumata görə, "Rostov" əmirlikdə təlim-məşq toplantısı keçirəcək. Ancaq BƏƏ ilə İran arasındakı mövcud diplomatik gərginlik səbəbindən İran əsilli fubolçunun təlim-məşq toplantısına getməsində problem yaranıb.

    Xəbərdə bildirilib ki, klub məsələnin tezliklə həll edilməsi üçün bütün imkanlardan istifadə edir.

    Məlumata görə, Sərdar Azmun hazırda müstəqil şəkildə məşq edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi