BƏƏ-də iki futbolçu saç düzümünə görə cərimə olunub

BƏƏ-də iki futbolçu saç düzümünə görə cərimə olunub Bu ölkədə futbolçulara başın bir hissəsini tam qırxmaq qadağandır
Futbol
15 Fevral , 2018 08:50
BƏƏ-də iki futbolçu saç düzümünə görə cərimə olunub

Bakı. 15 fevral. REPORT.AZ/ BƏƏ-nin "Əl-Ayn" futbol klubunun yarımmüdafiəçisi Keyo və "Əl-Vəhdi" komandasının forvardı Murad Batnu məqbul olmayan saç düzümünə görə cərimə olunublar.

“Report” "Goal" nəşrinə istindən xəbər verir ki, hər iki futbolçu 1000 dirhəm (təqribən 219 avro) ödəməli olacaq.

Bundan əlavə, oyunçular saç düzümlərini dəyişməyəcəkləri təqdirdə "bunun sonrakı nəticələri" barədə xəbərdarlıq məktubu alıblar.

BƏƏ çempionatında müəyyən saç düzümləri ilə bağlı qadağalar mövcuddur. Xüsusilə, futbolçulara başın bir hissəsini tam qırxmaq qadağandır.

Son xəbərlər

Orphus sistemi