Yuxarı

Bədavi Hüseynov: "Almaniya ilə oyuna yaxşı əhvali-ruhiyyədə hazırlaşacağıq"

Bədavi Hüseynov: "Almaniya ilə oyuna yaxşı əhvali-ruhiyyədə hazırlaşacağıq"
Təəssüf ki, azarkeşlər matçı izləyə bilmədilər
© Report.az

Bakı. 10 mart. REPORT.AZ/ "Yaxşı rəqib, hücum xəttində yaxşı oyunçuları olan komanda ilə oyunumuz çətin, amma maraqlı oyun keçdi. Düzdür, oyunu göstərmədilər. Təəssüf ki, azarkeşlər matçı izləyə bilmədilər".

Bunu "Report"a açıqlamasında Qətər yığması ilə yoldaşlıq oyunundan qayıdan Azərbaycan milli komandasının futbolçusu Bədavi Hüseynov deyib. O, martın 26-da Almaniya ilə Bakıda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçına yaxşı əhvali-ruhiyyədə hazırlaşacaqlarını bildirib.

Hüseynov Qətərlə qarşılaşmada debütantların çıxışını bəyəndiyini də əlavə edib: "Bir çox futbolçumuz ilk dəfə oynasa da, layiqincə çıxış etdi. Ürfan Abbasov və Tellur Mütəllimov inamlı idilər. Hücum edir, mübarizədən qorxmurdular. Məncə, onlar belə davam etsələr, gözəl perspektivləri olacaq".

Qeyd edək ki, Azərbaycan millisi Dohada keçirilmiş yoldaşlıq görüşündə Qətərə 2:1 hesabı ilə qalib gəlib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi