BDU-nun futzal komandası Azərbaycan çempionu olub

BDU-nun futzal komandası Azərbaycan çempionu olub Bakı Dövlət Universitetinin (BDU) futzal komandası ali məktəb tələbələri arasında keçirilən Azərbaycan çempionatının qalibi olub.
Futbol
9 Dekabr , 2019 11:42
BDU-nun futzal komandası Azərbaycan çempionu olub

Bakı Dövlət Universitetinin (BDU) futzal komandası ali məktəb tələbələri arasında keçirilən Azərbaycan çempionatının qalibi olub. 

"Report"un məlumatına görə, BDU qrup mərhələsində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Müsiqi Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və Sumqayıt Dövlət Universitetinin komandaları ilə mübarizədə birinci yeri tutub. 1/4 finalda Bakı Mühəndislik Akademiyası, yarımfinalda isə Gəncə Dövlət Universiteti ilə qarşılaşmalardan da qalib ayrılan BDU finala yüksəlib. 

Həlledici qarşılaşmada rəqib yenə ADİU olub. BDU 4:2 hesablı qələbə qazanaraq, qızıl medala yiyələnib. ADİU gümüş, Azərbaycan Texniki Universiteti bürünc medalla kifayətlənib. 

Qeyd edək ki, ölkə çempionatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilib. BDU futzal komandasının sponsoru universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsidir.

Son xəbərlər

Orphus sistemi