"BBC Sport" Bakıdan videoreportaj yayımlayıb - VİDEO

"BBC Sport" Bakıdan videoreportaj yayımlayıb - VİDEO BBC Sport UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalı haqqında videoreportaj yayımlayıb.
Futbol
29 May , 2019 19:25
BBC Sport Bakıdan videoreportaj yayımlayıb - VİDEO

"BBC Sport" UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalı haqqında videoreportaj yayımlayıb.

“Report” xəbər verir ki, jurnalist Devid Ornsteyn (David Ornstein) "Avropa Liqasının finalı: Nə üçün Bakıda" adlı reportajında Dağüstü Parkdan azarkeşlərə səslənərək Bakının final oyunu üçün möhtəşəm məkan olduğunu bildirib. 

"Salam, Azərbaycanın paytaxtı olan günəşli Bakıya xoş gəlmisiniz. Burada "Çelsi" və "Arsenal" komandaları Avropa Liqasını qazanmaq üçün qarşılaşacaq. Hər iki klub Londondan 5500 km-dən artıq məsafə qət edərək bu şəhərə gəlib. Finalın Bakıda keçiriləcəyi qərarı 2 il əvvəldən qəbul edilib. Burada insanlar bu böyük və fantastik matça mükəmməl stadionda baxmaq imkanı əldə edəcəklər", - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi