​"Bayer" - "Roma" matçı Çempionlar Liqasının tarixinə düşüb

​"Bayer" - "Roma" matçı Çempionlar Liqasının tarixinə düşüb Qarşılaşmada ən məhsuldar heç-heçə qeydə alınıb
Futbol
21 Oktyabr , 2015 16:53
​Bayer - Roma matçı Çempionlar Liqasının tarixinə düşüb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində Almaniya "Bayer"i ilə İtaliya "Roma"sı arasında keçirilmiş qrup mərhələsinin III tur matçı Avropanın ən nüfuzlu klub turnirinin tarixinə düşüb. "Report"un məlumatına görə, 4:4 hesabı ilə yekunlaşan qarşılaşma liqanın tarixinin ən məhsuldar heç-heçəsi olub.

E qrupunda keçirilmiş oyunda azarkeşlər hər hissədə 4 qolun şahidi olublar. Leverkuzen təmsilçisinin heyətində Xavyer Ernandes 2 (4; 19), Kevin Kampl (84) və Admir Mehmedi (86) hərəyə bir dəfə fərqlənib. İtaliya klubunda isə Daniele De Rossi 2 (29; 38), Miralem Pyaniç (54) və Yaqo Falke (73) hərəyə bir qol vurub.

Qeyd edək ki, Almaniya təmsilçisi hazırda 4 xalla qrupda 2-ci, "Roma" isə 2 xalla 4-cü pillədədir. Qrupa 7 xalla İspaniya "Barselona"sı başçılıq edir. 3-cü pillənin sahibi Belarusun BATE klubunun aktivində isə 3 xal var.

Son xəbərlər

Orphus sistemi