"Bavariya"nın yarımmüdafiəçisinin beyni silkələnib

"Bavariya"nın yarımmüdafiəçisinin beyni silkələnib 26 yaşlı kolumbiyalı bir neçə məşq prosesini buraxmalı olacaq
Futbol
27 Noyabr , 2017 02:35
Bavariyanın yarımmüdafiəçisinin beyni silkələnib

Bakı. 27 noyabr. REPORT.AZ/ Münxen "Bavariya"sının kolumbiyalı yarımmüdafiəçisi Xames Rodriqes Almaniya Bundesliqasının 13-cü tur matçında "Borussiya Münxenqladbax"ın futbolçusu ilə toqquşduqdan sonra beyni silkələnib.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kolumbiyalı yarımmüdafiəçinin bir neçə məşq prosesini buraxacağı bildirilir.

Son xəbərlər

Orphus sistemi