"Bavariya"nın nümayəndələri Tomas Tuxellə əlaqə saxlayıb

"Bavariya"nın nümayəndələri Tomas Tuxellə əlaqə saxlayıb Almaniyanın Bavariya klubu əsas komandaya baş məşqçi axtarışlarını davam etdirir.
Futbol
5 Noyabr , 2019 18:07
Bavariyanın nümayəndələri Tomas Tuxellə əlaqə saxlayıb

Almaniyanın "Bavariya" klubu əsas komandaya baş məşqçi axtarışlarını davam etdirir.

"Report" "Sky in Germany" nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi Fransa PSJ-sinin baş məşqçisi Tomas Tuxeli bu vəzifəyə namizədlərdən biri hesab edir. 

Klubun nümayəndələri artıq 46 yaşlı almaniyalı mütəxəssislə əlaqə saxlayıb və onun "Bavariya"ya rəhbərlik etmək imkanları barədə danışıblar. Tuxel isə bu mövsümün sonuna kimi Paris təmsilçisini tərk edə bilməyəcəyini və komandadakı taleyinin mövsümdəki nəticələrdən asılı olacağını vurğulayıb.

Qeyd edək ki, "Bavariya" Bundesliqanın X turunda "Ayntraxt"a (Frankfurt) uduzduqları (1:5) oyundan sonra baş məşqçisi Niko Kovaçı istefaya göndərib. 

Son xəbərlər

Orphus sistemi