Yuxarı

"Bavariya"nın futbolçusu Dortmund "Borussiya"sına keçib

"Bavariya" Mats Hummelsin "Borussiya"ya keçidini açıqlayıb

Almaniyanın "Bavariya" klubunun futbolçusu Mats Hummels Dortmund "Borussiya"sına qayıdıb.  

"Report" Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, artıq "sarı-qaralar"la razılığa gəlinib.

Lakin hər iki tərəf keçidin detallarını gizli saxlamaq niyyətindədir. 31 yaşlı müdafiəçi tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Mats Hummels 2016-cı ildən "Bavariya"da çıxış edir. Təcrübəli oyunçu 2009 - 2016-cı illərdə "Borussiya"nın formasını geyinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi