Bakı. 16 yanvar. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubu futbolçu Aryen Robbenlə müqavilə müddətini artırıb.
"Report"un məlumatına görə, hollandiyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
33 yaşlı futbolçu komandada daha bir il çıxış edəcəyi üçün xoşbəxt olduğunu bildirib. O, çıxışını yüksək səviyyədə davam etdirmək istədiyini deyib.
Qeyd edək ki, Aryen Robben "Bavariya"ya 2009-cu ildə İspaniya "Real Madrid"indən transfer olunub. O, cari mövsümdə komandanın heyətində 14 oyun keçirib.