Yuxarı

"Bavariya" hollandiyalı futbolçu ilə müqaviləni uzadıb

"Bavariya" hollandiyalı futbolçu ilə müqaviləni uzadıb

Bakı. 17 may. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubu futbolçu Aryen Robben ilə mövsümün sonunda bitəcək müqavilənin müddətini daha bir il artırıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2019-cu ilin iyun ayına kimi Münhen təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Aryen Robben 2009-cu ildən "Bavariya"nın şərəfini qoruyur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi