"Bavariya" “Hamburq”un qapısından 8 cavabsız qol keçirdib - VİDEO

"Bavariya" “Hamburq”un qapısından 8 cavabsız qol keçirdib - VİDEO Münhen klubu turnir cədvəlində liderliyini davam etdirir
Futbol
26 Fevral , 2017 00:32
Bavariya “Hamburq”un qapısından 8 cavabsız qol keçirdib - VİDEO

Bakı. 26 fevral. REPORT.AZ/ "Bavariya" futbol üzrə Almaniya çempionatının 22-ci turunun ev oyununda Hamburq üzərində 8:0 hesablı qələbə qazanıb.

“Report” xəbər verir ki, matçda Arturo Vidal (17-ci dəqiqə), Robert Levandovski (24, 42, 54), David Alaba (56), Kinqsli Koman (65, 69) və Aryen Robben (87) fərqlənib.

Bu, münhenlilərin rəhbəri Karlo Ançelottinin məşqçilik karyerası ərzində 1000-ci matçı olub.

“Bavariya” turnir cədvəlində 53 xal ilə liderliyini davam etdirir, "Hamburq" 20 xal ilə 16-cıdır.

Son xəbərlər

Orphus sistemi