Yuxarı

"Bavariya" dünya çempionunu heyətinə qatıb

"Bavariya" dünya çempionunu heyətinə qatıb

Almaniyanın "Bavariya" klubu İspaniyanın "Atletiko" komandasının futbolçusu Lukas Ernandesi heyətinə qatıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi iyulun 1-dən Münhen təmsilçisinin düşərgəsinə qoşulacaq. Fransa millisinin də şərəfini qoruyan oyunçu 2024-cü ilin iyuluna qədər "Bavariya"da çıxış edəcək. Almaniya nəhəngi Ernandes üçün "Atletiko"ya 80 milyon avro ödəyib.

Qeyd edək ki, Lukas Ernandes 2014-cü ildən "Atletiko"nun formasını geyinir. O, komandanın heyətində UEFA Avropa Liqasının və UEFA Super Kubokunun qalibi olub. Müdafiəçi həmçinin Fransa millisində 2018-ci ildə keçirilmiş dünya çempionatının qızıl mükafatçısıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi