Yuxarı

​"Bavariya" Dünya Çempionatı-2014-də ən çox qazanan klub olub

Klub ümumi payın 1 mln. 734 min 367 dollarını əldə edib

Bakı. 9 yanvar. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubu Braziliyada keçirilən Dünya Çempionatı-2014-də komanda oyunçularının çıxışına görə FİFA-dan əldə edilən pul vəsaitlərinin miqdarına görə, klublar arasında birinci yeri tutub.

"Report" xəbər verir ki, ali futbol qurumunun nəzərdə tutduğu 70 milyon dolların 1 mln. 734 min 367 dolları "Bavariya"nın payına düşüb.

Madridin "Real" klubu 1.297,800 dollar qazanıb. Siyahıda üçüncü yerdə Londonun "Çelsi" klubu qərarlaşıb (1.253,233).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi