"Bavariya" "Borussiya" ilə arasındakı xal fərqini azaldıb

"Bavariya" "Borussiya" ilə arasındakı xal fərqini azaldıb Bakı. 10 fevral. REPORT.AZ/ Futbol üzrə Almaniya Bundesliqasının 21-ci turunda Münxen Bavariyası Helzenkirhen Şalke-04nü qəbul edib.
Futbol
10 Fevral , 2019 02:22
Bavariya Borussiya ilə arasındakı xal fərqini azaldıb

Bakı. 10 fevral. REPORT.AZ/ Futbol üzrə Almaniya Bundesliqasının 21-ci turunda Münxen "Bavariya"sı Helzenkirhen "Şalke-04"nü qəbul edib.

“Report” xəbər verir ki, Münxenin "Alyans-Arena" stadionunda baş tutan görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Bavariya" bu qələbə sayəsində xallarının sayını 45-ə çatdırıb və hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Niko Kovaçın komandası lider "Borussiya D" klubundan 5 xal geri qalır. "Borussiya D" ötən gün keçirilən qarşılaşmada "Hoffenhaym" ilə 3:3-lük heç-heçə edərək xal itirib.

Almaniya Bundesliqası. 21-ci tur

"Bavariya" – "Şalke-04" - 3:1

Qollar: 1:0 – Bruma – 11 (avtoqol), 1:1 – Kutucu – 25, 2:1 – Levandovski – 27, 3:1 – Qnabri – 57

Son xəbərlər

Orphus sistemi