"Bavariya" baş məşqçisi ilə razılığa gəldi

"Bavariya" baş məşqçisi ilə razılığa gəldi Almaniyanın Bavariya klubu baş məşqçi Hans Fliklə yeni müqavilə imzalayacaq.
Futbol
3 Aprel , 2020 19:47
Bavariya baş məşqçisi ilə razılığa gəldi

Almaniyanın "Bavariya" klubu baş məşqçi Hans Fliklə yeni müqavilə imzalayacaq.

"Report" Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu 55 yaşlı mütəxəssislə razılığa gəlib. Sözləşməsinin müddəti 2023-cü ilin yayınadək olacaq.

Onun Bundesliqa klubu ilə əvvəlki müqaviləsi cari mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Hans Flik "Bavariya"nın baş məşqçisi vəzifəsində xorvatiyalı Niko Kovaçı əvəzləyib.

Son xəbərlər

Orphus sistemi