"Bavariya"nın baş məşqçisi qəzaya düşüb

"Bavariya"nın baş məşqçisi qəzaya düşüb Xosep Qvardiolanın avtomobili digər maşınla toqquşub
Futbol
3 Mart , 2015 18:01
Bavariyanın baş məşqçisi qəzaya düşüb

Bakı. 3 mart. REPORT.AZ/ Almaniyanın "Bavariya" futbol komandasının baş məşqçisi Xosep Qvardiola yol-nəqliyyat qəzasına uğrayıb. 

"Report"un "Mirror"a istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis yüngül qəzadan zədəsiz ötüşə bilib. 

Qvardiolanın avtomobili əyləci tutmayıb və nəticədə digər maşınla toqquşub. Həmin avtomobilin də sürücüsü xəsarət almayıb. 

Qeyd edək ki, "Bavariya" növbəti oyununu martın 4-də keçirəcək. Həmin gün münhenlilər Almaniya Kubokunun 1/4 finalında Braunşveyq "Ayntraxt"ı ilə üz-üzə gələcəklər. 

Son xəbərlər

Orphus sistemi